İdman

UFC çempionunun məşqçisi: “Geyci ilə döyüşün gedişatına Fiziyev diktə edəcək”

Sharing is caring!


Yüngül çəkidə UFC çempionu Aleks Volkanovskinin məşqçisi Frenk Hikman Castin Qeyci ilə Rafael Fiziyev arasında keçiriləcək döyüş haqda fikirlərini bölüşüb.

O, döyüşün gedişatına Azərbaycan təmsilçisinin diktə edəcəyini deyib:

“Rafael Fiziyev tam MMA döyüşçüsüdür. O, təkcə yumruq atmağı yox, güləşi də yaxşı bacarır. Rafael müdafiədə də, hücumda da Geycinin öhdəsindən gəlməyə qadirdir. O hər zaman təhlükəlidir. MMA döyüşündə hər şeyə hazır olmalısan. Düşünürəm ki, bu döyüşün gedişatına Rafael Fiziyev diktə edəcək. Ona sadəcə məsafəni qorumaq və mübarizə aparmaq lazımdır. Fiziyevin döyüş intellekti həlledici olacaq. Castin üçün bu, çox uzun bir gecə ola bilər”.

“UFC-286” turniri çərçivəsində keçiriləcək Rafael Fiziyev – Castin Geyci döyüşü bu gecə İngiltərənin paytaxtı Londonda baş tutacaq.

Mənbə: “MMA Junkie”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir