İdman

Rafael Fiziyev: “Geycinin ürəyini yemək istəyirəm”

Sharing is caring!


“Rəqibimin qanının qoxusunu hiss etmək və onun ürəyini yemək istəyirəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında ESPN nəşrinə müsahibəsində deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib:

“Instagram”da çoxlu hekayə paylaşıb, Castini kədərləndirirəm. Xoşbəxt və həyəcanlıyam. Şadam ki, belə bir rəqiblə oktaqona çıxacağam. Mən çətinlikləri sevirəm”.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir