İdman

“Beşiktaş” Bakıya nə vaxt gələcək?

Sharing is caring!


“Qalatasaray”dan sonra daha bir Türkiyə nəhənginin Azərbaycana gəlişi gündəmdədir.

“Beşiktaş” Bakıda “Sabah”la xeyriyyə oyunu keçirmək niyyətindədir. Komandanın baş məşqçisi Şenol Güneş Türkiyə mətbuatına açıqlamasında qarşılaşmanın ayın 21-i və ya 24-ü keçirilməsini təklif etdiklərini, “Sabah”ın isə 25-nə salınmasını istədiyini deyib.

Məsələ ilə bağlı Oxu.Az saytına yeni məlumat daxil olub. Etibarlı mənbələr bildirirlər ki, “Sabah”la “Beşiktaş”ın oyunu bu ay keçirilməyəcək. Hazırda klublar apreldə belə bir matçın təşkili istiqamətində danışıq aparırlar. Daha doğrusu, görüşün aprelin 20-dən sonra keçirilməsi müzakirə edilir. Ancaq hələlik dəqiqləşən bir şey yoxdur.

“Beşiktaş”ın təqvimində aprel ayı ərzində boş günlərin sayı çoxdur. “Sabah”ın isə gələn ayın 22-si çempionat matçı var. Belədə, yerli klubun aprelin 25-ni istəməsi anlaşılandır.

Bu arada, “Sabah”ın sosial şəbəkə hesabında klubun simvolu bayquş və “Beşiktaş”ın simvolu hesab edilən qartalın təsvir edildiyi posterin paylaşılması müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri paylaşımın “Beşiktaş”la matça işarə olduğunu düşünsələr də, klub əslində “Zirə”yə qarşı bu gün keçirəcəyi Premyer Liqa oyununu nəzərdə tutub. Məsələ burasındadır ki, “Zirə”nin də ləqəbi “qartallar”dır. “Sabah” bu cür paylaşımla bir növ çaşdırıcı manevr edib.

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” xeyriyyə matçında üz-üzə gələcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir