İdman

Azərbaycanın üç güləşçisi Avropa çempionu oldu – YENİLƏNİB + FOTO

Sharing is caring!


Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3-cü qızılı medalı qazanıblar.

Fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb. 97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Əhmədiyevlə yanaşı, Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) Avropa çempionu olublar, Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub.

21:46

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.

20:31

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir