İdman

Ronaldunun koronavirusla bağlı testinin nəticəsi açıqlandı

Sharing is caring!

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus epidemiyası ilə bağlı testdən keçib.

Ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb.

Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.

Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Kriştianu Ronaldu doğulduğu şəhər olan Funşalda karantinə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir