İdman

İngiltərə Kuboku: “Southempton” və “Tottenhem” dayandı, “Mançester Yunayted” növbəti mərhələdə – VİDEO

Sharing is caring!

İngiltərə Kubokunda (FA Cup) 1/8 final mərhələsi davam edir.

Oxu.Az xəbər verir ki, bu gecə keçirilən oyunlardan sonra daha 4 komanda 1/4 finala yüksəlib.

Günün sensasiyası Southemptonda qeydə alınıb. Yerli komanda İkinci liqa (səviyyəcə 4-cü dərəcəli çempionat) təmsilçisi “Qrimsbi”yə uduzub – 1:2.

“Bernli” də “Flitvud”a qalib gələrək adını 1/4 finala yazdırıb.

“Çempionşip” təmsilçisi “Şeffild Yunayted”ə uduzan “Tottenhem” də mübarizəni dayandırmalı olub.

Mərhələnin ən maraqlı qarşılaşması ilə Mançesterdə olub. “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” son dəqiqələrdə vurduğu qollarla 3:1 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir