İdman

Bekhemin böyük oğlu keçən il 5 milyon funt sterlinq qazanıb

Sharing is caring!

Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin ötən il təkcə reklam müqavilələrindən 5 milyon funt sterlinq (təxminən 11 milyon manat) pul qazanıb.

O, “Tiffany & Co”, “Pepe Jeans” və BMW ilə müqavilələr imzalayaraq dünyanın ən çox gəlir gətirən reklam simalarından birinə çevrilib. 

Bruklin Bekhemin yemək videolarından da çoxlu pul qazandığı bildirilir.

Bundan əlavə, o, 15 milyona yaxın abunəçisi olan “Instaqram” səhifəsindən də reklamdan gəlir əldə edir.

Qeyd edək ki, futbol üzrə İngiltərə millisinin sabiq kapitanı olan Devid Bekhemin ailəsinin sərvəti təxminən 370 milyon funt-sterlinq dəyərində ölçülür.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir