İdman

Azərbaycan çempionatında insident: Matç yarımçıq dayandırıldı

Sharing is caring!

Futzal üzrə Yüksək Liqanın bir oyunu yarımçıq saxlanılıb.

XV turun mərkəzi oyununda “Marafon” – “Araz” görüşü qalmaqalla başa çatıb.

25-ci dəqiqədə “Marafon” azlıqda qalıb. Bundan istifadə edən millimizin və “Araz”ın futzalçısı İsa Atayev hesabı açıb.

Lakin “Marafon”un baş məşqçisi Elşad Quliyevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması odun üstünə barıt töküb və məhz bu amil görüşün yarımçıq dayandırılmasına səbəb olub.

Belə ki, oyunun 26:09-cu dəqiqəsində referilər “Marafon” komandasının hakimin qərarına etiraz edib, meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb.

Sonrakı dəqiqədə “Marafon” oyunu davam etdirmək istəsə də, “Araz” komandası hakimlərin matçı bitirdiyini bildirərək, meydana geri dönməkdən imtina edib. Məsələ ilə bağlı gələn həftə AFFA İntizam Komitəsi qərar verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir