İdman

“İnter” “Milan” derbisinin qalibi məlum oldu – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasının XXI turunda Milan derbisində “İnter” doğma meydanda “Milan”a 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub.

Oyunun 34-cü dəqiqəsində Lautaro Martines “İnter”in qoluna imza atıb. O, Hakan Çalhanoğlunun küncdən ötürdüyü topu dəqiq zərbə ilə tora qovuşdurub.

Sonuncu dəfə komandalar ötən ay görüşüb. İtaliya Superkubokunun oyununda “neradzurri” üstün olub. Onlar prinsipial rəqibin qapısına 3 cavabsız qol vurub.

Beləliklə, 21 oyundan sonra “İnter”in 43 xalı var. Simone İndzaginin yetirmələri 2-ci yerdə qərarlaşıblar və lider “Napoli”dən 16 xal geri qalırlar. “Milan”ın isə 58 xalı var. Komanda turnir cədvəlində 6-cı pillədədir.

“İnter” – “Milan” 1:0

Qol: L.Martinez, 34

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir