İdman

“Tottenhem” “Mançester Siti”yə qalib gəldi – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. 

Oxu.Az xəbər verir ki, “Mançester Siti” səfərdə “Tottenhem”lə qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem”in qalibiyyət qolunu 15-ci dəqiqədə Harri Keyn vurub.

87-ci dəqiqədə London təmsilçisinin futbolçularından Kristian Romero qırmızı vərəqə ilə cəzalandırılıb. 

Qeyd edək ki, “Mançester Siti” hazırda turnir cədvəlində 45 xalla 2-ci, “Tottenhem” isə 39 xalla 5-cidir. 

Beləliklə, ötən gün “Arsenal”ın da “Everton”a (0:1) uduzduğu turda “şəhərlilər” liderə yaxınlaşmaq fürsətini boşa verib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir