İdman

“Qalatasaray” “Trabzonspor”u geridönüşlə məğlub etdi – VİDEO

Sharing is caring!

Türkiyə Superliqasında 22-ci turun mərkəzi oyunu başa çatıb.

Hazırda turnir cədvəlinin lideri olan “Qalatasaray” son çempion “Trabzonspor”u qonaq edib.

Okan Burukun yetirmələri üçün cari mövsümdə işləri heç də qaydasında getməyən qara dənizlilərlə mübarizəsi heç də asan olmayıb.

Belə ki, görüşün artıq 12-ci saniyəsində müdafiəçinin səhvindən sonra hesabı açan Maksi Qomes adını Superliqada ikinci ən erkən qolun müəllifi kimi tarixə yazdırıb. Lakin 17 dəqiqə sonra  “Cim-Bom” hesabı bərabərləşdirməyə, ikinci hissədə isə İkardinin uğurlu penatlisindən sonra geridönüş edərək matçda irəli keçməyə nail olub – 2:1.

Görüş bu nəticə ilə də başa çatıb və “aslanlar”a liderliklərini daha da möhkəmləndirmək imkanı verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir