İdman

Azərbaycan Premyer Liqası: “Sumqayıt” iki illik tilsimi qırmaq istəyir, “Qəbələ” “Zirə”yə qarşı – AFİŞA

Sharing is caring!

Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, hər iki matçda paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcəklər.

İlk olaraq “Zirə” ilə “Qəbələ” meydana çıxacaq. Bu komandalar Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqiblər sayılırlar. “Qəbələ” səfərdə qalib gələcəyi təqdirdə, rəqibi ilə xal fərqini 2-yə endirəcək.

Bu görüşün ardından “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son 7 görüşdə rəqibini məğlub edə bilməyən “Sumqayıt” iki illik tilsimi qırmağa çalışacaq.

Hazırda “Neftçi” 41 xalla üçüncü, “Zirə” 31 xalla dördüncü, “Qəbələ” 26 xalla beşinci, “Sumqayıt” isə 15 xalla səkkizinci yerdə qərarlaşır.

Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral

16:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun ilk matçında “Kəpəz” və “Qarabağ” birincilərin meydanında qollu heç-heçə ediblər – 1:1.

Fevralın 6-da “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir