İdman

“Zirə”yə keçəcəyi gözlənilər Donald Gerye artıq Bakıda – FOTO

Sharing is caring!

“Zirə”yə keçəcəyi gözlənilər Donald Gerye artıq Bakıya gəlib. 

Bu barədə haitili futbolçu öz “Instagram” hesabında paylaşıb.

“Qarabağ” və “Neftçi”nin sabiq yarımmüdafiəçisi paylaşımını “Gözəl evim” (“Sweat home”) – deyə şərh edib. 

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər. Geryenin son klubu isə “Olimpiakos” (Kipr) olub. 

Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə isə “Neftçi”də oynayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir