İdman

Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı – FOTO

Sharing is caring!

Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub. 

Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun “Əl-Nəsr”də ilk rəsmi oyunu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir