İdman

Dani Alveş həbs ediləcək

Sharing is caring!

Dani Alveş cinsi qısnama ittihamı ilə həbs olunacaq.

Məlumata görə, keçmiş “Barselona” müdafiəçisi ötən ilin dekabrın 30-da bu şəhərdəki “Sutton” gecə klubunda gənc qadınaqarşı cinsi qısnamaya yol verməkdə şübhəli bilinərək cümə günü saxlanılacaq.

Yanvarın 20-də səhər saatlarında Alveş Kataloniya paytaxtının Les Korts polis bölməsində dindirilməlidir. Daha sonra o, polis maşını ilə məhkəmələrdən birinə aparılacaq və orada müstəntiqə ifadə verəcək.

Şikayətçinin sözlərinə görə, Braziliya millisinin heyətində Qətərdə keçirilən dünya çempionatında iştirak etdikdən sonra Barselonada tətil edən Alveş gecə klubunda keçirilən əyləncədə gənc qadına yaxınlaşıb və onun razılığı olmadan əlini onun intim yerlərinə toxundurub. Zərərçəkənin ifadəsinə görə, o, futbolçunun yanından uzaqlaşmağa müvəffəq olanda dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib, onlar da öz növbələrində Kataloniya polisinə müraciət ediblər.

İddialardan sonra Dani dekabrın 30-da “Satton Club”da olduğunu təsdiqləsə də, nalayiq hərəkətlər etdiyini təkzib edib: “Mən heç vaxt insanların şəxsi məkanına müdaxilə etməmişəm. Bu, mənə və yaxınlarıma zərər vermək cəhdidir”, – deyə o, bəyan edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir