İdman

Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edildi – SƏBƏB

Sharing is caring!

Azərbaycanda iki futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emin Mehtiyev “Abşeron”, “Sumqayıt”, “Səbail”, “Qaradağ Lökbatan”, “Keşlə” klublarının, həmçinin Türkiyədə “Niksar Bələdiyyəspor”un formasını geyinib. Fərmayıl Əliyev isə “Turan”ın yetirməsidir. O, müxtəlif vaxtlarda “Şərurspor” və “Neftçi” komandalarının da şərəfini qoruyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir