İdman

“Qarabağ” italiyalı hücumçu ilə maraqlanır

Sharing is caring!

“Qarabağ” İtaliyanın “Audako Çerinyola” komandasında çıxış edən futbolçu Cankarlo Malkore ilə maraqlanır.

“Report”un məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira öz saytında yazıb.

O bildirib ki, 30 yaşlı forvard Azərbaycan çempionu ilə yanaşı, İtaliyanın SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol) və Rumıniyanın ÇFR klublarının da diqqət mərkəzindədir.

Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore 2020-ci ildən formasını geyindiyi “Audako Çerinyola” komandasında 55 oyuna 46 qol vurub. Klub hazırda C Seriyasında mübarizə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir