İdman

Dünyanın ən sürətli adamının milyonlarını apardılar – FOTO

Sharing is caring!

Olimpiya çempionu Useyn Bolt fırıldaqçılığın qurbanı olub. O, bu səbəbdən milyonlarla dollar itirib.

Bu barədə idmançının meneceri Nacent Uoker xəbər verib.

Vəsaitlər onun Yamaykada “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından yoxa çıxıb.

İstintaq davam etdiyi üçün Uoker dəymiş ziyanın dəqiq məbləğini açıqlamayıb.

KİV-də bildirilir ki, insidentdə “Stocks and Securities Limited”in keçmiş əməkdaşı şübhəli bilinir.

Qeyd edək ki, qısa məsafəyə qaçış üzrə ixtisaslaşan Useyn Bolt səkkizqat olimpia çempionu və 11 qat dünya çempionudur, səkkiz dəfə dünya rekordu qırıb. Yamaykalı yüngül atlet həmçinin 100-200 metr məsafədə tarixin ən sürətli sprinteri sayılır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir