AKTUAL Ana Səhfə İdman manset

Məsut Özil Həzrəti Əlidən sitat gətirdi

Sharing is caring!

“Arsenal” klubunun türk əsilli futbolçusu Məsut Özil özünün “Twitter” səhifəsində Çində uyğurlara qarşı həyata keçirilən təqiblərə səssiz qalan müsəlmanları tənqid edib.

“Şərqi Türküstan – İslam ümmətinin qanayan yarasıdır. Uyğurlar – təqiblərə müqavimət göstərən döyüşçülər, insanları zorla İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı təklikdə mübarizə aparan şərəfli möminlərdir”.

Futbolçunun yazdığına görə, Çində Quran kitabları yandırılır, məscid və dini tədris edən məkanlar bağlanılıb, din xadimləri bir-birinin ardınca öldürülür: “Bütün bunlara baxmayaraq, müsəlmanlar susur. Məgər onlar bilmir ki, təqiblərə razılıq vermək onu edənlərlə şərik olmaqdır. Peygəmbərin kürəkəni, Həzrəti Əli demişdi: “Zülmün qarşısını ala bilmirsinizsə, onu ifşa edin”, – “Arsenal”ın yarımmüdafiəçisi sosial şəbəkə hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir