İdman

Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək

Sharing is caring!

MMA döyüşçüsü Əli İsayev “Bellator”da Azərbaycan bayrağı altında çıxış edəcək.

Bu barədə 31 yaşlı idmançı “Match TV”yə açıqlama verib.

İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb.

“Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər”, – deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.

İdmançının “Bellator”da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir