İdman

“Santos” 10 nömrəli formanı istifadədən çıxarmayacaq

Sharing is caring!

Braziliyanın “Santos” futbol klubu dekabrın 29-da dünyasını dəyişən əfsanəvi Pelenin vaxtilə komandada çıxış etdiyi 10 nömrəni dövriyyədən çıxarmayacaq.

Klub rəhbərliyinin bu qərarına səbəb kimi Pelenin öz xahişi göstərilib. Mərhum futbolçu hələ sağlığında nömrəsini “Santos”un futbolçularının istifadəsinə verməyi xahiş etmişdi ki, insanlar onu heç vaxt unutmasınlar.

Qeyd edək ki, hazırda “Santos”da 10 nömrə venesuelalı yarımmüdafiəçi Eferson Soteldoya məxsusdur.

Xatırladaq ki, Pele 1956-1974-cü illərdə “Santos”da çıxış edib. O, komandanın tərkibində altı dəfə ölkə çempionu, beş dəfə Braziliya kubokunun qalibi olub. Həmçinin, “Santos” iki il ardıcıl Libertadores kubokunu qazanıb.

Ümumilikdə, əfsanəvi hücumçu komandanın heyətində 496 oyun keçirib və 504 qol vurub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir