İdman

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər keçirilir

Sharing is caring!

Milli Gimnastika Arenasında Göyçay və İsmayıllı Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilir.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, dekabrın 24-dək davam edəcək məşqlərin məqsədi bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.

Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksində 2015-ci ildən, Göyçay Olimpiya İdman Kompleksində isə 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir