İdman

Messinin istəyi Mbappeni özündən çıxara bilər – FOTO

Sharing is caring!

PSJ-nin və Argentina millisinin forvardı Lionel Messi parislilərin növbəti ev oyununda Dünya Kubokunu ictimaiyyətə göstərmək istəyir.

35 yaşlı hücumçu komandadan kuboku azarkeşlərə göstərməyə icazə verməsini xahiş edib, lakin rəhbərlik bu məsələyə şübhə ilə yanaşır.

Əsas problem Argentinanın dünya çempionatının finalında məhz Fransaya qalib gəlməsidir.

Bundan başqa, rəhbərlik Messinin komanda yoldaşı və bu görüşdə het-trik edən Kilian Mbappenin potensial reaksiyasından narahatdır.

Qeyd edək ki, növbəti ev oyununda PSJ öz meydanında “Liqa 1”in 16-cı turunda “Strasburq”la qarşılaşacaq. Qarşılaşma dekabrın 28-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir