İdman Manşetüstü

“Formula 1″də yeniliklər: Xərclərə limit qoyulur, sürət azaldılır, mərhələ sayı artırılır

Sharing is caring!

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) avtomobil idmanı üzrə Ümumdünya Şurası “Formula 1″in yeni texniki və idman qaydalarını təsdiqləyib.

XəbərAl.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci ildən tətbiq olunacaq yeni reqlamentdə bir sıra ciddi dəyişikliklər yer alıb. Fərqli bir fəlsəfəyə uyğun qurulacaq boldilərin sürəri indikindən 3 – 3,5 saniyə daha yavaş olacaq. Aerodinamika ilə bağlı tənzimləmə ciddi şəkildə dəyişəcək. Bu da digər avtomobillərdən geri qalan hava axınında qüvvə itirməməyə imkan verəcək. Avtomobillərin 18 düymlük təkərlərində LED göstəriciləri olan işıqlar olacaq. Həmçinin maşınların gövdəsində LED tablolar da quraşdırılacaq.

“Formula 1″də ilk dəfə hər komanda üçün 175 milyon dollar səviyyəsində xərc limiti tətbiq olunacaq. Bu məbləğə marketinq sərfiyyatı, eləcə də pilotlar və 3 aparıcı işçinin maaşları istisna olmaqla, bütün xərclər daxildir.

İdman və texniki qaydalar ciddi şəkildə dəyişəcək. Komandalar yarış həftəsonu ərzində avtomobilləri dəyişdirə bilməyəcəklər. Mövsüm boyunca aerodinamikaya edilən yeniləmələrin sayı azaldılacaq. Standart komponentlərin və hissələrin sayı artacaq. Bəzi komponentlər üçün əvəzlənmə sayına isə məhdudiyyət qoyulacaq.

Yarış həftəsonu formatında kiçik, lakin əhəmiyyətli dəyişikliklər olacaq. Azarkeşlərin təəssüratlarını yaxşılaşdırmaq və komandaların işini asanlaşdırmaq üçün təqvim bir qədər sıx qurulacaq. Cümə axşamı keçirilən mətbuat konfransı bir gün sonraya çəkiləcək.

Komandalar il ərzində ikidən az olmayaraq başa çatan Qran-prilərdə pilotlar üçün iki məşq yürüşü təşkil etməlidirlər. Bu da gələcək nəsillərə özlərini təsdiqləmək şansı verəcək.

2021-c ildə mərhələlərin sayının 25-ə çatdırılması planlaşdırılır. 2020-ci il mövsümündə Qran-pri sayı 22 olacaq.

Qeyd edək ki, 2019-cu il mövsümünün başa çatmasına 3 mərhələ qalmış hesabında 363 xal olan Hemilton ikinci sıradakı komanda yoldaşı Valtteri Bottası 74 xal qabaqlayır. Fettel isə 230 xalla 4-cü sıradadır.

Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub. Hemilton bu gün start götürəcək ABŞ Qran-prisində 6-cı dünya çempionluğunu erkən rəsmiləşdirə bilər.

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi 5 – 7 iyunda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir