İdman Manşetüstü

“Qarabağ”dan tarixi rekord

Sharing is caring!

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

XəbərAl.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bunu Premyer Liqanın IX turunun “Səbail”lə görüşündə rəsmiləşdirib.

1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb.

2018-ci il oktyabrın 28-də keçirilən VIII turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib. Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur.

Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir