İdman

Luiş Fiqu: “Ronaldunu ehtiyatda saxlayaraq dünya çempionu ola bilməzsiniz”

Sharing is caring!

Əfsanəvi futbolçu Luiş Fiqu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun Kriştianu Ronaldunu dünya çempionatının pley-off matçlarında ehtiyat oyunçular skamyasında saxlamaq qərarından danışıb.

“Sən Kristianu Ronaldunu ehtiyat oyunçular skamyasında saxlayıb dünya kubokunu qazana bilməzsən. İsveçrəni məğlub etdin? Əla! Amma bunu hər oyunda edə bilərsən? Xeyr. Kriştianunu ehtiyat oyunçular skamyasında buraxmaq səhv idi, bu məğlubiyyətin məsuliyyəti məşqçinin üzərinə düşür”, – Fiqu bildirib.

Qeyd edək ki, Ronaldu Portuqaliyanın DÇ-də pley-off mərhələsinin hər iki matçında əsas heyətə daxil edilməyib.

Əvvəlcə 1/8 finalda İsveçrəni 6:1 hesabı ilə məğlub edən Fernandu Santuşun komandası 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turniri tərk edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir