İdman

FIFA Argentina və Niderland millisinin oyunçularını cəzalandıracaq

Sharing is caring!

FIFA Argentina və Niderland millilərinə qarşı intizam işi açıb.

Belə ki, ilkin olaraq FIFA DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandı penaltilər seriyasında məğlub edən Argentina millisinin bir neçə üzvünə intizam işi açacaq. 

Cənubi amerikalıların aparıcı oyunçularına, o cümlədən Lionel Messiyə və qapıçı Emilinao Martinesə cəza verilə bilər.

Bundan əlavə topu bilərəkdən Niderland yığmasının ehtiyat oyunçular skamyasına vuran Leandro Paredes və matçdan sonra rəqib futbolçulara əl hərəkəti edən Nikolas Otamendinin hərəkətinə də qiymət veriləcək.

Həmçinin Niderland millisinin oyunçularını da cəza gözləyir. Xəbərlərdə futbolçuların adı çəkilməsə də FIFA artıq Niderland Kral Futbol İttifaqına məktub ünvanlayıb və cərimələrlə bağlı xəbərdarlıq edib.

Mənbə: ESPN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir