İdman Manşetüstü

Azərbaycan gimnastları “Medea Cup”da iki qızıl medal qazanıblar

Sharing is caring!

Gürcüstanın paytaxtı Tbilisidə idman gimnastikası üzrə beynəlxalq “Medea Cup” turniri keçirilib.

XəbərAl.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov iştirak ediblər.

Həsənov sərbəst hərəkətlərdə, Əhmədzadə isə turnikdə birinci yeri tutub. Onlar müvafiq olaraq dəstəli atdakı çıxışlarına görə, 2-ci və üçüncü pillədə qərarlaşıblar. Rəsul Əhmədzadə parallel qollarda çıxış edərək, daha bir bürünc medala sahib olub.

Ramin Dəmirov isə halqalarla hərəkətdə üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir