İdman

Ölkə Kuboku: “Zirə” “Neftçi”yə qalib gəldi

Sharing is caring!

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Oxu.Az-ın məlumatına görə, günün ilk oyununda “Zirə” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qolunu 54-cü dəqiqədə Rəhim Sadıxov vurub.

Cavab matçı dekabrın 20-də baş tutacaq. Günün digər görüşündə “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir