İdman

Niderlandlı qapıçı: “Messi də bir insandır”

Sharing is caring!

Niderland millisinin qapıçısı Andris Noppert Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında Argentina millisinə qarşı oyuna hazır olduğunu bildirib.

28 yaşlı qapıçı əmindir ki, komanda yoldaşları Lionel Messini “zərərsizləşdirə” biləcəklər. 

“Messiyə qarşı mübarizə aparmağa və onun penalti zərbələrini dəf etməyə hazıram. O da səhv edə bilər, biz bunu turnirin əvvəlində gördük (Messi qrup mərhələsində Polşa ilə oyunda penaltini qola çevirə bilmədi – red.). Messi zərbə üçün həmişə eyni ayaqdan istifadə edir. O da bizim kimi bir insandır”, – deyə “Herenven” klubunun qolkiperi söyləyib.

Qapıçı əlavə edib ki, hazırda Niderland millisinin güclü müdafiəçiləri var.

“Qarşıdakı matç məni narahat etmir. Məqsədim titul qazanmaqdır. Bunun üçün çalışacağıq və mübarizəmizi davam etdirəcəyik”, – deyə Andris Noppert fikrini tamamlayıb.

Xatırladaq ki, Niderland-Argentina oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir