İdman

İspaniya millisinin yeni baş məşqçisinin adı açıqlandı – YENİLƏNİB

Sharing is caring!

İspaniya millisini çalışdıracaq yeni baş məşqçinin adı açıqlanıb.

Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Luis de la Fuente İspaniya millisinin yeni baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Luis de le Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.

16:22

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.

Bu barədə İspaniya Futbol Federasiyasının saytında məlumat dərc edilib.

Məlumatda həmçinin qeyd olunur ki, Luis Enrikedən başqa məşqçilər korpusunda yer alan digər məşqçilərin də fəaliyyətinə xitam verilib.

Qeyd edək ki, Luis Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı.

Onun rəhbərliyi altında komanda Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq turniri tərk edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir