İdman

Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək

Sharing is caring!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə “qartallar”, ikisində “ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə “Neftçi” üstündür – 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.

Digər görüşdə “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında “köhlən atlar”, ikisində “qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir – 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi

İlk oyunlar
8 dekabr

18:00. “Zirə”-“Neftçi”
“Zirə” İK stadionu

20:30. “Qarabağ”-“Qəbələ”
“Azersun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir