İdman

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul oldu – FOTO

Sharing is caring!

Azərbaycanın yeniyetmə basketbolçusu Hüseyn Qaflanov Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olub.

Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, istedadlı oyunçu 2024-cü ilin yayınadək bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA-nın müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək.

2.06 metr boya malik 14 yaşlı idmançı orada basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçimlərinə qatılmaq haqqı qazanmağa çalışacaq.

Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının üzvüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir