İdman

FİFA DÇ-nin formatında ciddi dəyişikliklər edəcək

Sharing is caring!

Dünya çempionatının qrup mərhələsində penaltilər seriyası tətbiq oluna bilər.

Məlumata görə, bu qaydanın 2026-cı ildən işə salınması nəzərdən keçirilir. Belə ki, DÇ-2026-dan başlayaraq turnirdə 48 komanda iştirak edəcək. Onlar 3 komandadan ibarət 16 qrupa bölünəcək. İlk iki yeri tutan komanda pley-offa yüksələcək.

3-lük qruplarda daha sərt nəticələr olacağı üçün FİFA qrup mərhələsində penaltilər seriyasının tətbiqi ideyası üzərində düşünür. Bu, xalların və cədvəllərdəki digər göstəricilərin bərabərliyi şansını azaltmalıdır. Penaltilər seriyasında qalib gələn komanda bonus xalları da alacaq.

Qrupda 3 komandanın yer alacağı formatla bağlı FİFA-da narahatlıq yaradan yeganə amil bütün komandaların oyunlarının eyni vaxtda keçirilməsinin mümkünsüzlüyüdür. Bu, sonuncu dəfə oynayan komandaların hər iki tərəfi qane edən nəticə üçün oynamağa razılaşmasına gətirib çıxara bilər.

Hesab olunur ki, penaltilər seriyası belə razılaşmaların mümkünlüyüı riskini azaltmağa kömək edəcək.

Bundan əlavə, mümkün pozuntu riskini daha da azaltmaq üçün penalti seriyasının matçların başlamasından əvvəl keçirilməsi variantı da müzakirə olunur.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir