İdman

İran millisinin baş məşqçisi istefa verib – FOTO

Sharing is caring!

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Oxu.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə qərarını özünün “Instagram” səhifəsində açıqlayıb.

“Gənclər və əziz dostlar, arzularınıza çatmaq üçün mübarizə apardığınız və əlinizdən gələni etdiyiniz müddətcə ona çatmamaq ayıb deyil. Mən sizinlə fəxr edirəm, meydanda və ondan kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf və imtiyaz idi. Siz hörmətə layiqsiniz. Sizə xoşbəxtlik, uğurlar və cansağlığı arzulayıram. Təşəkkür edirəm”, – deyə o bildirib.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşıblar. Amerikalılar 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir