İdman Manşetüstü

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Farer adaları millisinə uduzub

Sharing is caring!

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

XəbərAl.az-ın məlumatına görə, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olub. Ada-dövlətin Torshavn şəhərindəki “Torsvöllür” stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 73-cü dəqiqədə Eylersdottir Rasmussen vurub.

Beləliklə, Azərbaycan millisi V qrupda mübarizəni qolsuz və xalsız tamamlayaraq, sonuncu olub. Zamir Həsənovun baş məşqçi olduğu kollektiv əvvəlki oyunlarında Sloveniya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir