İdman

Rekorda imza atan qapıçı milli komandanı tərk edir – FOTO

Sharing is caring!

Daha əvvəl Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Kamerun millisindən uzaqlaşdırılan “İnter” klubunun qapıçısı Andre Onana turnir bitməmiş komandanı tərk etmək qərarına gəlib. Futbolçu kamerunlu mentor Riqobert Sonqla münaqişəyə görə millidən uzaqlaşdırılıb. Fikir ayrılığına səbəb oyun tərzinin dəyişməsinə Onanın narazılığı olub.

Bu barədə jurnalist Nikolo Şira özünün “Twitter” hesabında məlumat verib.

26 yaşlı Onana Kamerun millisinin əsas qapıçısıdır. O, 2016-cı ildə komandada debüt edib və o vaxtdan bəri keçirdiyi 34 matçda 29 qol buraxıb, 14 dəfə qapını toxunulmaz saxlayıb.

Qeyd edək ki, İsveçrə ilə oyununda Kamerun yığmasının qapısını müdafiə edən Onana cərimə meydançası xaricində topa toxunmaq üzrə mundialda rekorda imza atıb. O, öz cərimə meydançasından kənarda topa 26 toxunuş edib – bu, dünya çempionatının yeni rekordudur.

Serbiya ilə oyun üçün kamerunluların qapısını David Epassi qoruyub. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir