İdman

Drift şousu və sürət yarışı: “V1 Challenge” Bakı Kuboku keçirilib – FOTO

Sharing is caring!

Noyabrın 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarışlarından biri – “V1 Challenge” seriyalarından olan yarış və drift şousu keçirilib. 

“V1 Challenge” Bakı Kubokunda ən yaxşı vaxt nəticəsini göstərən altı pilot finala vəsiqə qazanıb. Finalda ilk üç yer üzrə qaliblərə kubok təqdim olunub. Belə ki, birinci yerə Elçin Həsənov, ikinci yerə Murad Həsənov, üçüncü yerə isə Adil Axundov çıxıb. Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər. Birinci yerin qalibi üç min manat, ikinci yerin qalibi iki min manat, üçüncü yerin qalibi isə min manat məbləğində pul mükafatı qazanıb. 

“V1 Challenge” Bakı Kuboku Azərbaycan Avtomobil Federasiyanın və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub. 

Qeyd edək ki, buna qədər ölkəmizdə “V1 Challenge” seriyasından bir neçə yarış təşkil olunsa da, “V1 Challenge” Bakı Kuboku ilk dəfə keçirilir. Həyəcanlı avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobilləri ilə şou olub. “Volkicar” maşınlarının iştirakı ilə keçirilən yarış isə kvalifikasiya və final mərhələlərində olub. 

“Volkicar”larda yerli pilotlar müxtəlif yaddaqalan və həyəcanla izənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıblar. 12 pilot maraqlı yarış trekində məharətlərini sərgiləyib. 

Bakı Kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb. Buna yarışda iştirak edən pilotların məharəti və “Volkicar”ların texniki imkanları şərait yaradıb. Belə ki, “Volkicar” yarış maşınlarının mühərriki 115 at gücündədir və 5 saniyədə 100 km/saat sürətinə çata bilir. Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafına yönəlib.

Qalibləri yerli və xarici mütəxəssislərdən ibarət münsif heyəti müəyyən edib. Münsif heyətində tanınmış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də yer alıblar. 

Drift şousu pilotlarına isə sertifikatlar verilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir