İdman

Azərbaycan Premyer Liqası: Tura bir oyunla start veriləcək – AFİŞA

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günün bir qarşılaşma baş tutacaq.

29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 15-də “ağ-qaralar”, 2-də “dənizçilər” meydanı üç xalla tərk ediblər. Topların nisbətində də meydan sahibləri üstündür – 43:11.

“Neftçi” Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlib. “Səbail” isə ardıcıl 13 matçda qələbə qazana bilmir.

Azərbaycan Premyer Liqası, XV tur
27 noyabr (bazar)

16:00. “Neftçi” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”

Qeyd edək ki, XV turun “Şamaaxı” – “Kəpəz” və “Qarabağ” – “Zirə” oyunları noyabrın 28-də, “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” görüşləri isə noyabrın 29-da olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir