İdman Manşetüstü

Lev Yaşin mükafatına namizədlər açıqlanıb

Sharing is caring!

Fransanın “France Football” nəşri 2019-cu il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb.

XəbərAl.az-ın məlumatına görə, bu ada braziliyalı Alisson Bekker (“Liverpul”, İngiltərə), ispaniyalı Yan Oblak (“Atletiko”, İspaniya), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), ispaniyalı Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə), fransalı Uqo Lyoris (“Tottenhem”, İngiltərə), kamerunlu Andre Onana (“Ayaks”, Hollandiya), polşalı Voytsex Şesnı (“Yuventus”, İtaliya) və almaniyalı Mark-Andre ten Şteqen (“Barselona”, İspaniya) iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir