İdman

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Sharing is caring!

Emanuel Apeh “Sabah”ın heyətində het-trik edən ilk futbolçu olub.

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəliblər. Paytaxt təmsilçisi I Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir