İdman Manşetüstü

Portuqaliya klubunun azərbaycanlı futbolçusunun qolu komandanı növbəti mərhələyə çıxarıb

Sharing is caring!

Futbol üzrə Azərbaycanın yığmasının hücumçusu Renat Dadaşov “Luletano” ilə matçdakı əlavə vaxtda qələbə qolunu (2:1) vuraraq çıxış etdiyi “Pasuş de Ferreyra” komandasını Portuqaliya Kubokunun növbəti raunduna çıxarıb.

Bu barədə XəbərAl.az  klubun saytına istinadən xəbər verir.

Qeyd edilir ki, onun 110-cu dəqiqədə vurduğu qol komandasının ölkə kubokunda çıxışını davam etdirməyə imkan verib.

Qeyd edək ki, R.Dadaşov İngiltərənin “Vulverhemtron” klubu ilə müqavilə imzalayıb. Lakin icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” komandasında çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir