İdman Manşetüstü

“Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

Sharing is caring!

İspaniya La Liqasında 9-cu tura start verilib.

XəbərAl.az xəbər verir ki, açılış oyununda “Qranada” “Osasuna”nı qəbul edib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.

“Barselona” bu turda “Eybar”, “Real” isə “Malyorka” səfərinə yollanıb. Kataloniya təmsilçisi böyük hesabla qələbə qazandığı halda, Madrid klubu minimal hesabla məğlub olub. Turun mərkəzi görüşündə “Atletiko” “Valensiya”nı qəbul edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubu “Levante”ni sınağa çəkəcək.

İspaniya La Liqası, 9-cu tur

18 oktyabr

Qranada – Osasuna 1:0
Qol: Duarte, 38.

19 oktyabr

Eybar – Barselona 0:3
Qol: Qrizmann, 13. Messi, 58. L.Suares, 66.

Atletiko – Valensiya 1:1
Qol: D.Kosta, 36-pen – Parexo, 82.

Xetafe – Leqanes 2:0
Qol: Anxel, 64; 84.

Malyorka – Real 1:0
Qol: L.Junior, 7.

20 oktyabr

14:00 Alaves – Selta
16:00 Real Sosyedad – Betis
18:00 Espanyol – Vilyarreal
20:30 Atletik – Valyadolid
23:00 Sevilya – Levante

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir