İdman Manşetüstü

Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var”

Sharing is caring!

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi Fransanın PSJ komandasının hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

XəbərAl.az-ın məlumatına görə, bu barədə “Metro FM 95.1” radiostansiyası məlumat yayıb.

Messi etiraf edib ki, Neymarın qayıtması bir sıra amillərə görə çətindir.

“Neymarı geri qaytarmaq çətindir. Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır.İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.

Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir