İdman

Şakira beysbolçu oğlu ilə fotosunu paylaşdı – FOTO

Sharing is caring!

Kolumbiyalı müğənni Şakira şəxsi bloqunda beysbolçu olan böyük oğlu ilə fotosunu dərc edib.

Sənətçi doqquz yaşlı Milanı və komandasını turniri layiqincə başa vurması münasibətilə təbrik edib.

“Milan və onun komandasını bu möhtəşəm turnir münasibətilə təbrik edirəm. Əzmkarlığınıza və fədakarlığınıza görə bütün analar sizinlə fəxr edir! 10 yaşa qədər uşaqlar arasında Kataloniya kubokunun qaliblərinə bravo!”, – müğənni sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, Şakira bu ilin iyununda övladlarının atası, İspaniyanın “Barselona” futbol klubunun artıq keçmiş oyunçusu Jerar Pike ilə ayrılıb.

Cütlüyün Milan və Saşa adlı iki oğlu var.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir