İdman

Ən çox mundial iştirakçısı olan baş məşqçilər – FOTO

Sharing is caring!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

“Report”un məlumatına görə, bu dəfə daha çox mundialda baş məşqçi kimi iştirak etmiş şəxslərin siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində altı dəfə DÇ final mərhələsi həyəcanı yaşamış braziliyalı Karlos Alberto Parreyra yer alıb. O, hamı üçün əlçatmaz olan uğurlu yoluna 1982-ci ildə başlayıb. İspaniyada keçirilmiş mundialda Küveyt millisinə rəhbərlik etmiş mütəxəssis İtaliya-1990-da BƏƏ, ABŞ-1994 və Almaniya-2006-da Braziliya, Fransa-1998-də Səudiyyə Ərəbistanı, CAR-2010-da isə meydan sahiblərinin baş məşqçisi olub.

Parreyraya ən yaxın nəticə göstərmiş ikinci baş məşqçi Bora Milutinoviçdir. O, beş dəfə DÇ final mərhələsində iştirak edib. Meksika vətəndaşı olan keçmiş yuqoslaviyalı bunu beş müxtəlif komanda ilə bacarıb. Milutinoviç 1986-cı ildə Meksikada keçirilmiş mundialdan 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş final mərhələsinə qədər uyğun ardıcıllıqla Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millilərinə rəhbərlik edib.

Növbəti yerləri dörd fərqli mundialda çalışmış altı məşqçi tutur. Onlardan beşi eyni komandaya (öz ölkələri) rəhbərlik edib. Henri Mişel isə əksinə, dörd fərqli komandada fəaliyyət göstərib.
Hazırda İranın baş məşqçisi olan portuqaliyalı Karluş Keyroş Qatar-2022-də dördüncü mundial həyəcanını yaşayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir