İdman Manşetüstü

Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdə VAR sistemi və dronlarla bağlı məsələ qaldırıb

Sharing is caring!

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-dakı Teodor Teodoridislə görüşüb.

XəbərAl.az-ın  milli assossiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutmuş görüşdə bir sıra məsələlər müzakirə olunub.

E.Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib. T.Teodoridis bildirib ki, noyabrın sonunda Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın üzvü olan bütün Milli Assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.

UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub. Bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.

Daha sonra E.Məmmədov Avro 2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir