İdman

Mahir Emreli: “Biz çempionuq!” – FOTO

Sharing is caring!

“Bu komandanın üzvü olduğum üçün qürur duyuram”.

Bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının XVII turunun “Riyeka” ilə oyunundan sonra “Instagram” səhifəsində yazıb.

Sözügedən oyunda iki qol vuran hücumçu bunun üçün komanda yoldaşlarına yoldaşlarına borclu olduğunu deyib:

“Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq!”

Qeyd edək ki, “Riyeka” – “Dinamo” matçı zaqreblilərin 7:2 hesablı darmadağını ilə yekunlaşıb. Mahir Emreli qələbəyə son iki qolu vurmaqla töhfə verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir