İdman

Mahirdən dubl, “Dinamo”dan darmadağın

Sharing is caring!

Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə “Riyeka” ilə qarşılaşıb və 7:2 hesabı ilə qalib gəlib.

Emreli bu görüşdə dublla yadda qalıb. 72-ci dəqiqədə meydana çıxan 26 yaşlı hücumçu elə həmin dəqiqə hesabı artırıb. Mahir digər qolu 85-ci dəqiqədə rəqib qapısından keçirib. Millimizin üzvü 73-cü dəqiqədə sarı vərəqə alıb.

“Riyeka” – “Dinamo” (Zaqreb) – 2:7

Qollar: Misiç, 2 (0:1), Orsiç, 13 (0:2), Şpikiç, 27 (0:3), Orsiç, 44 (0:4), Luneatta, 47 (1:4), Sutalo, 56 (1:5), Emreli, 72 (1:6), 85 (1:7), Vransiç, 90+1 (2:7)

Bu qələbə ilə xallarını 41-ə çatdıran “Dinamo” liderliyini möhkəmləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir