İdman Manşetüstü

Mirça Luçesku Ramil Şeydayevin baş məşqçi olmağa razılıq verib

Sharing is caring!

Mirça Luçesku Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” (Moskva) komandasının baş məşqçi olmağa razılıq verib.

XəbərAl.az-ın məlumatına görə, bu barədə “Sport24” nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu bildirib. O, hələlik bəzi təşkilati məsələlərin həll olunduğunu söyləyib: “Hazırda Mirça ilə Dinamo arasında danışıqlarda fasilə yaranıb. Luçesku Dinamoya rəhbərlik etmək istəyir. Biz öz razılığımızı vermişik. Lakin indi bəzi təşkilati məsələlər həll olunur”.

Luçesku bu ilin fevralında Türkiyə millisinin baş məşqçisi postundan göndərilib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının XII turunda “Orenburq”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “Dinamo”nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Komanda müvəqqəti olaraq Kirill Novikova tapşırılıb. Moskva təmsilçisi 12 turdan sonra 10 xalla 15-ci sıradadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir